ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.
Fins.az EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel olacağı gözlənilir. Bu göstərici əvvəlki proqnoza nisbətən 10 min barel azdır. 2025-ci ildə isə orta gündəlik hasilatın 640 min barel olacağı ehtimal edilir (öncəki proqnoz 650 min barel idi).
Hesabatda qeyd olunur ki, 2023-cü ildə Azərbaycanda gündəlik hasilat 620 min barel təşkil edib. Ölkənin 2022-ci ildəki gündəlik maye karbohidrogen hasilatı isə 670 min barel səviyyəsində olub. 2021-ci ildə bu göstərici 720 min barel, 2019 və 2020-ci illərdə isə müvafiq olaraq 780 min və 700 min barel olub.
Fuad Mədətov
Fins.az