SƏNAYE

10 Sentyabr

OECD ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları 11,7 milyon barel azalıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları 2024-cü ilin iyul ayında iyun ayı ilə müqayisədə 11,7 milyon barel azalaraq 2,815 milyon barel səviyyəsinə enib.

Fins.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 5,2 milyon barel, son beşillik ortalama göstəricidən 99,2 milyon barel və 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 153,8 milyon barel aşağıdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması “OPEC+” razılaşmasının (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltılması təşəbbüsü) əsas məqsədlərindən biri kimi müəyyən edilib.

Fuad Mədətov
Fins.az