SƏNAYE

10 Sentyabr

Azərbaycanda gündəlik neft hasilatı 569,000 barel təşkil edib

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı, kondensatla birlikdə, 76,045 ton (569,000 barel) təşkil edib.

Fins.az Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, avqust ayında hasilatın 64,870 tonu (gündəlik 478,000 barel) neft, 11,175 tonu (gündəlik 91,000 barel) isə kondensat təşkil edib.

Bu göstəricilər nəzərə alındıqda, Azərbaycan avqust ayında OPEC kvotasının 86,8%-dən istifadə edib.

Qeyd edək ki, “OPEC+” ölkələrinin nazirlərinin 36-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, 2024-cü il üçün Azərbaycanın gündəlik neft hasilatı kvotası 551,000 barel (74,259 ton) müəyyən edilib.

Fuad Mədətov
Fins.az