SƏNAYE

10 Sentyabr

OPEC: Azərbaycanın gündəlik neft hasilatı artıb

Cari ilin avqust ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 489 min barel təşkil edib, bu da may ayı ilə müqayisədə 1 000 barel artım deməkdir.

Bu barədə Fins.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən məlumat verilir.

Hesabatda qeyd olunur ki, iyul ayında Azərbaycanda neft hasilatı 488 min barel olub. Cari ilin birinci rübündə gündəlik ortalama neft hasilatı 477 min barel, ikinci rübdə isə 474 min barel təşkil edib. Bu göstəricilər əvvəlki dövrlərlə müqayisədə cüzi azalma nümayiş etdirir.

OPEC+ çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min barel müəyyən edilib. Avqust ayında isə Azərbaycan bu kvotadan 62 min barel geri qalır.

Fuad Mədətov
Fins.az