Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon ton və ya 4,9 % azdır.
Bu il respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, bir il öncəki göstərici ilə müqayisədə AÇG üzrə neft hasilatı 1 milyon ton və ya 8,3 % azdır.
“Şahdəniz” yatağından 2,8 milyon ton kondensat hasil edilib. Bu isə 2023-cü ilin 8 ayının hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon və ya 3,5 % azdır. Həmçinin, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 0,2 milyon ton və ya 3,8 % azdır.
Fuad Mədətov
Fins.az