Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33 milyard kubmetr təbii qaz hasil edilib.
Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,8 milyon kubmetr və 2,5 % artımla qaz hasil edilib.
Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5,1 milyard kubmetr təbii qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi bir il öncəki göstəricidən 0,7 milyard kubmetr və ya 12,1 % azdır.
Bildirilir ki, hasil edilən qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 18,1 milyard kubmetri “Şahdəniz” yatağından, 1,1 milyard kubmetri “Abşeron” yatağından hasil olunub.
2023-cü ilin ilk 8 ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,1 milyard kubmetr və ya 1,2 % çoxdur. “Şahdəniz” yatağından qaz hasilatı isə 0,5 milyard kubmetr və ya 2,8 % artıb.
Fuad Mədətov
Fins.az