SƏNAYE

10 Sentyabr

Bu il"Abşeron" yatağından 1,1 milyard kubmetr qaz hasil edilib

JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti 2024-cü ilin yanvar-avqust aylarında Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 1,1 milyard kubmetr qaz hasil edib.

Bu barədə Fins.az-a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

“Əməliyyat məlumatlarına görə, bu il “Abşeron” yatağından 1,1 milyard kubmetr təbii qaz və 400 min ton kondensat hasil edilib”, - qurumdan bildirilib.

Xatırladaq ki, 2023-cü ildə “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 0,3 milyon ton kondensat hasil edilib. Beləliklə, ümumilikdə, istismara verilən vaxtdan indiyədək yataqdan 1,9 milyard kubmetr qaz və 700 min ton kondensat hasil edilib.

2024-cü ildə “Abşeron” yatağından 1,5 milyard kubmetr qaz və 523 min ton kondensat hasil ediləcəyi gözlənilir.

Fuad Mədətov
Fins.az