SƏNAYE

10 Sentyabr

Bu il Azərbaycan Avropaya 8,4 milyard kubmetr təbii qaz ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 8,4 milyard kubmetr təbii qaz ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2023-cü ilin 8 ayı ilə müqayisədə Avropaya qaz satışı 0,8 milyard kubmetr və ya 10,5 % çoxdur.

Ümumilikdə isə bu il Azərbaycandan xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr və ya 3 % azalıb, Gürcüstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə eyni qalıb.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 3,7 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 2,6 % azdır.

Fuad Mədətov
Fins.az