SƏNAYE

10 Sentyabr

Azərbaycan qaz hasilatını və ixracını artırıb - Pərviz Şahbazov

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə 800 mln. kubmetr artımla hasil edilən 33 mlrd. kubmetr qazın 16,4 mlrd. kubmetri ixrac olunub.

Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Hesabat dövründə Avropaya təxminən 8,4 milyard kubmetr qaz ixrac olunub, Türkiyəyə isə 6,5 milyard kubmetr, Gürcüstana 1,5 milyard kubmetr qaz nəql edilib. TANAP boru xətti vasitəsilə Türkiyəyə 3,7 milyard kubmetr qaz çatdırılıb.

Bu ilin 8 ayında xaricə qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1% artıb. Eyni dövrdə neft-kondensat hasilatı isə 19,3 milyon ton olub, bunun 16 milyon tonu ixrac edilib.

Fuad Mədətov
Fins.az