SƏNAYE

15 İyul

MSK-da 22 siyasi partiyadan 551 səlahiyyətli nümayəndə qeydə alınıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Fins.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 15-də keçirilən iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat (MMP), Demokratik Maarifçilik (ADMP) və Müsavat Partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb. 

Bununla bağlı qərar səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, MSK-da ümumilikdə 22 siyasi partiyadan 551 səlahiyyətli nümayəndə qeydə alınıb.

Kaira Agayeva 

Fins.az