Azərbaycan hökuməti xarici investorlarla birlikdə hazırda ölkədə “yaşıl enerji” sektoruna ciddi sərmayə qoyur.
Fins.az xəbər verir ki, bunu Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasında kənd təsərrüfatı naziri, Komissiyanın yerli həmsədri Məcnun Məmmədov bildirib.
M. Məmmədov deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Azərbaycan bu baxımdan etibarlı tərəfdaş hesab olunur: “Bolqarıstanla enerji sahəsində güclü əməkdaşlığımız var. Bu yaxınlarda SOCAR-ın Sofiyada ofisinin açılışı və “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində imzalanmış memorandum bizim bu əməkdaşlığı genişləndirməyə güclü istəyimizə sübutdur".