SƏNAYE

02 May

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib. Ümumilikdə 300 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.

Fins.az xəbər verir ki, ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edən “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, tədavül müddəti 3 il, ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dollarıdır. Yeni istiqrazlar illik 6% kupon dərəcəsi ilə emissiya edilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən istiqrazlar ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2,400,000 ABŞ dolları məbləğində faiz gəlirləri qazandırıb.