SƏNAYE

09 Aprel

Almaniyada sənaye istehsalının həcmi 2.1% artıb

Fins.az xəbər verir ki,  Almaniyanın sənaye sektorunda istehsalın həcmi yanvar-dekabr aylarında 1.3% artıqdan sonra, fevral ayında öncəki ay ilə müqayisədə 2.1% artıb.

Analitiklər göstəricinin aylıq müqayisədə 0.3% artacağını proqnozlaşdırmışdılar. Qeyd etmək lazımdır ki, əvvəl nazirlik dekabr ayı ilə müqayisədə yanvar ayında artım tempini 1% səviyyəsində qiymətləndirmişdi.

Eləcə də, fevral ayında ölkədə sənaye sektorunda istehsal həcmi illik ifadədə 4.8% azalıb. Bir ay əvvəl göstərici illik müqayisədə 5.1% azalmışdır.

Energetika və tikinti sektorları istisna olmaqla, sənaye istehsalı həcmi fevralda ayında 1.9% artıb. Sənaye və texniki məhsulların istehsalının həcmi 1.5%, istehlak mallarının istehsalı isə 1.9% artmışdır.