SƏNAYE

09 Aprel

Hindistana xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Hindistana 359,98 milyon ABŞ dolları dəyərində 574,4 min ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Fins.az-n Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2023-cü ilin göstəricilərini dəyər ifadəsində 78,3 faiz (158 milyon dollar), həcm baxımından isə 78 faiz (251,7 min ton) üstələyir.

Təkcə cari ilin fevralında bu ölkəyə 280,37 milyon dollar dəyərində 442,5 min ton xam neft məhsulları ixrac edilib ki, bu da yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 200,7 milyon dollar (3,5 dəfə), həcm olaraq isə 310,6 min ton (3,3 dəfə) çoxdur.