2024-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub.
Fins.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına əsasən bildirilir.
Belə ki, ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcının dəyəri 23 milyon ABŞ dolları olub.
Bu siyahıda pomidor (tomat) (13,4 milyon ABŞ dolları) ikinci və ilkin formalı propilen sopolimerləri (13,2 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Fuad Mədətov
Fins.az