Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) AÇG və Şahdəniz yataqlarından əldə olunan gəlirləri açıqlayıb.
ARDNF-dən Fins.az-a verilən məlumata görə, AÇG yatağından - (01.01.2024 - 01.04.2024 tarixinə): 1 447,8 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) - (01.01.2024 - 01.04.2024 tarixinə): 78,5 mln. ABŞ dolları gəlir əldə olunub.
Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.04.2024 tarixinə): 15,7 mln. ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Fins.az