Bu ilin yanvar-fevral aylarında Azərbaycan kimya sənayesi məhsullarının ixracını artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövrdə Azərbaycan xaricə 48 332.67 min ABŞ dolları dəyərində 209 089.92 ton məhsul ixrac edib. Ötən ilin qeyd edilən müddətində isə xaricə 54 092.06 min ABŞ dolları dəyərində 143 594.77 ton kimya sənayesi məhsulu satılmışdı.
Fins.az xəbər verir ki, ötən dövrdə Azərbaycanda kimya sənayesi məhsullarının qeyri-neft sektoru üzrә ixrac faizi də yüksəlib.
2023-cü ilin yanvar-fevral aylarında ölkədə qeyri-neft sektorunda kimya sənayesi məhsullarının ixracının çəkisi 8.30 faiz olduğu halda, 2024-cü ilin eyni dövründə bu göstərici 10.62 faizə çatıb.