SƏNAYE

07 Fevral

ABŞ Türkiyənin konservləşdirilmiş poladına əlavə vergi tətbiq etməyəcək

ABŞ hökumətinin beynəlxalq ticarətin qiymətləndirilməsi komissiyası Türkiyədən idxal edilən konservləşdirilmiş polad üçün əlavə gömrük rüsumları tələbini rədd edib və dörd ölkədən idxal olunan konservləşdirilmiş polad üçün gömrük rüsumunu ləğv edib.

Fins.az xəbər verir ki, Ağ Evin ticarət məsələləri üzrə səlahiyyətli orqanı olan Beynəlxalq Ticarət Komissiyası ABŞ təşkilatlarının sözügedən məhsullara əlavə gömrük rüsumlarının tətbiqi tələbini rədd edib.

Qurum həmçinin ABŞ Ticarət Departamentinin Cənubi Koreya, Almaniya və Kanadadan idxal edilən konservləşdirilmiş polad üçün 2,69 faizdən 6,88 faizədək antidempinq rüsumlarının tətbiqi ilə bağlı qəbul etdiyi qərarı ləğv edib. Bundan əlavə, Çindən idxal olunan məhsullara 122,5 faiz subsidiya verilməsinin qarşısını almaq məqsədi daşıyan gömrük rüsumunu da dayandırıb.

Bu qərarlardan sonra ABŞ Çin, Cənubi Koreya, Tayvan və Türkiyədən idxal edilən konservləşdirilmiş polad üçün 25 faizlik gömrük rüsumu tətbiq etməyə davam edəcək. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə bu ölkələrdən idxal olunan malların milli təhlükəsizliyi təhdid etdiyini əsas gətirərək gömrük rüsumları tətbiq edib.

Günel Məlikzadə
Fins.az