Çində dövlətə məxsus Çin Milli Neft Korporasiyasının (CNPC) keçmiş sədri Vanq Yilinə qarşı korrupsiyada şübhəli bilinərək istintaqa başlanıldığı bildirilib.
Fins.az xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi İntizam Təhqiqat Komitəsinin verdiyi açıqlamada Vanqın “partiya nizam-intizamını və qanunlarını ciddi şəkildə pozmaq” şübhəsi ilə araşdırıldığı bildirilib.
Bəyanatda istintaqa cəlb olunan iddialarla bağlı təfərrüatlar paylaşılmayıb, lakin bu cür araşdırmalarda “partiya intizamının və qanunların pozulması” ifadəsi ümumiyyətlə korrupsiyada şübhə və ya ittihamı göstərir.
Karyerasının 20 ilini Sincan Uyğur Muxtar Bölgəsindəki neft müəssisələrində keçirən 68 yaşlı Vanq CNPC-nin Sincan Neft Sahəsinin baş meneceri olub.
2015-ci ildə CNPC İdarə Heyətinin sədri və Kommunist Partiyasının katibi olan Vanq 2020-ci ildə təqaüdə çıxıb.
Vanqla bağlı araşdırma neft sənayesində bir sıra korrupsiya araşdırmalarından sonra aparılır. Ən son, 2021-ci ildə qrupun törəmə şirkəti olan PetroChina-nın keçmiş vitse-prezidenti Ling Xiao-ya qarşı korrupsiya istintaqı başladılıb.
Günel Məlikzadə
Fins.az