2023-cü ilin noyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barrel olub. Bunun 492 min barrelini xam neft, 117 min barrelini kondensat təşkil edib.
Qurumdan Fins.az-a bildirilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.
2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.
Günel Məlikzadə
Fins.az