Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel olub.
Energetika Nazirliyindən Fins.az-a verilən məlumata görə, qeyd olunan həcmin 500 min barelini xam neft, 110 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir. Bu da deməkdir ki, Azərbaycan ötün ay müəyyən olunan kvotadan 184 min barel geri qalıb.