Səudiyyə Ərəbistanı avqust ayında gündəlik neft hasilatını 1 milyon barel azaltmağa davam edəcək.
Fins.az xəbər verir ki, Səudiyyə Mətbuat Agentliyinin yaydığı açıqlamaya görə, bu ay başlayan gündəlik 1 milyon barel hasilatın azaldılması avqust ayına qədər davam edəcək və daha da uzadıla bilər.
Hasilat gündə təxminən 9 milyon barelə qədər azaldılacaq ki, bu da bir neçə il ərzində ən aşağı göstəricidir.
Zəminə Hüseyn
Fins.az