Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin iyun ayı ərzində valyuta hərraclarında 78,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
ARDNF-dən Fins.az-a verilən məlumata görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə və ya 199.2 milyon manat azdır.
Qeyd edək ki, 2022-ci ilin iyun ayı ərzində valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən 278,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Fuad Mədətov
Fins.az