EPDK-nın aprel ayı üzrə “Neft Bazarı Sektoru Hesabatı”na görə, Türkiyənin ümumi neft idxalı azalıb.
Fins.az Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu (EPDK)) aprel ayı üzrə “Neft Bazarı Sektoru Hesabatı”na istinadən xəbər verir ki, Türkiyənin ümumi neft idxalının ən böyük hissəssi olan xam neft idxalı 33,7% azalaraq 1 mln. 998. 1739 ton təşkil edib.
Bu dövrdə dizel növlərinin idxalı 61% artaraq 1 milyon 57 min 792 tona yüksəlib. İdxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.
Beləliklə, cəmi idxal aprel ayında əvvəlki ilin eyni ayıyla müqayisədə 10,9% azalaraq 3 milyon 537 min 478 ton olub.
Xam neft və neft məhsullarının ən çox idxalı 1 milyon 869 min ton ilə Rusiyadan, 741 min 365 ton ilə İraqdan və 226 min 365 ton ilə Qazaxıstandan edilib.
Bundan başqa, benzin satışı aprel ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 12,9% artaraq 306 min 540 ton, dizel satışı isə 6,8% azalaraq 1 milyon 877 min 727 ton olub.
Neft məhsullarının ümumi satışı 3,8% azalaraq 2 milyon 321 min 121 ton olaraq qeyd edilib.
Türkiyənin aviasiya yanacağı ixracı aprel ayında 85,9% azalaraq 10 min 290 tona düşüb, dəniz yanacağı ixracı isə 4,4% artaraq 321 min 836 tona yüksəlib.
Benzin növlərinin ixracı 97,5% azalaraq 5 min 787 ton olub. Dizel növlərinin ixracı 75,3% artaraq 370 min 932 ton, neft bazarında digər məhsullarla cəmi ixrac isə 21,5% artaraq 1 milyon 11 min 683 ton olub.
Aprel ayında dizel növlərinin istehsalı əvvəlki ilin eyni ayına nisbətən 9,8% azalaraq 1 milyon 335 min 415 ton və benzin növlərinin istehsalı 21% azalaraq 345 min 318 ton olub. Aviasiya yanacağı istehsalı isə 11,6% artaraq 383 min 607 tona yüksəlib.
Dəniz yanacağı istehsalı 68,7% azalaraq 59 min 89 ton olaraq hesablanıb.
Neft emalı zavodlarının ümumi neft məhsullarının digər yanacaq növləri ilə birlikdə istehsalı təxminən 16,6% azalaraq 2 milyon 691 min 606 ton olub.
Fuad Mədətov
Fins.az