Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə "Azərbaycan Beynəlxalq Bankı"na (ABB) yerləşdirdiyi pul vəsaitlərinin həcmi 10,5% və ya 420 milyon manat artıb.
Fins.az şirkətə istinadən xəbəbr verir ki, 31 dekabr 2022-ci il tarixində ABB-də saxlanılan pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, eləcə də depozitləri 4 milyard 423 milyon manata çatıb. 2021-ci il üzrə bu rəqəm 4 milyard 3 milyon manat təşkil edib. Qrup hesablarının olduğu bankların statusuna daim nəzarət edir.
Dövlətin xəzinə hesabında isə SOCAR-ın 91 milyon manat məbləğində məhdudiyyət qoyulmuş pul vəsaitləri yerləşdirilib. 2021-ci ildə bu rəqəm 101 milyon manat təşkil edib.
Fuad Mədətov
Fins.az