Bu ilin yanvar-may aylarında magistral neft kəmərləri ilə 16 261,3 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,1% çoxdur.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, nəqletmənin 76,5 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 12 434,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,55% çoxdur.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,3%-i və ya 10 486,1 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7%-i və ya 1 948,5 min tonunu (3,06% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.