Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) vasitəsilə indiyədək 99,6 mln. ton Azərbaycan nefti ixrac olunub.
Bu barədə Fins.az SOCAR-ın məlumatlarına istinadən xəbər verir.
Qeyd etmək lazımdır ki, indiyədək Azərbaycanda 654 mln. ton neft ixrac olunaraq, dünya bazarlarına çıxarılıb.
Xatırladaq ki, 1996-cı ildə Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə əsasən tikilməyə başlanan Bakı-Supsa kəmərinin inşası 1998-ci ildə başa çatdırılıb. Kəmərin uzunluğu 833 kilometr, maksimum genişləndirilə bilən ötürücülük qabiliyyəti isə 6 mln. tondur (illik).