Dünya Bankı (DB) neftin qiyməti ilə bağlı proqnozunu yeniləyib.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatının iyun sayında bildirilib. DB-yə görə, 2023-cü ildə "Brent" neftinin qiyməti 80 dollar, 2024-cü ildə isə 82 dollar təşkil edəcək. Bu isə Dünya Bankının bu ilin yanvar proqnozu ilə müqayisədə müvafiq olaraq 8% az və 2% çoxdur.
Başqa sözlə, Dünya Bankı bu il üzrə proqnozu azaltsa da, neftin orta illik qiyməti ilə bağlı ümumi tendensiyanın artım istiqamətində olduğunu müəyyən edib. Bankın proqnozuna görə, "Brent" 2025-ci ildə 84,4 dollara qədər bahalaşacaq.