SƏNAYE

02 İyun

Azərbaycanda 2,2 mlrd. ton neft hasil olunub

İşlənmənin əvvəlindən Azərbaycan üzrə istismarda olmuş yataqlardan 01.01.2023-ci il tarixinə olan məlumata görə 2,2 mlrd. ton neft hasil olunub.

Bu barədə Fins.az SOCAR-ın "Caspian OilGas" sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə respublikada 992 mlrd. kubmetr qaz hasil edilib.

Qeyd olunur ki, 01.01.2023 il tarixinə gedər Azərbaycan ərazisində 81 neft-qaz yatağı aşkar olunub. Hazırda ölkədə 58 yataqdan karbohidrogen hasil edilir, bunların 39-u quruda, 19-u isə dəniz ərazisində yerləşir.