SƏNAYE

25 May

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 2% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12,2 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur.