Bu ilin birinci rübündə Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7% artaraq 7756.2 mln. kVt-saat təşkil edib, ixrac 1 238,9 mln. kVt-saat, idxal isə 31,3 mln. kVt-saat səviyyəsində olub.
Fins.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
“Birinci rübdə operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7% artaraq 7756,2 mln. kVt-saat, ixrac 1238,9 mln. kVt-saat, idxal isə 31,3 mln. kVt-saat olub”, - paylaşımda qeyd olunur.
Məlumata görə, yanvar-mart aylarında istilik elektrik stansiyaları üzrə 7387,4 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 368,8 mln. kVt-saat elektrikenerjisi istehsal edilib.