Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 538 333,86 min ABŞ dolları dəyərində 848 983,07 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Fins.Az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 237 065,03 min dollar dəyərində 381 940,3 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Almaniya tutur. Yanvarda bu ölkəyə 91 719,7 min dollar dəyərində 145 940,95 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 12 ölkəyə 1 397 747,32 min dollarlıq 2 246 118,56 ton neft ixrac edib.
Azərbaycanın bu ilin yanvarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:
# |
Ölkələr |
Məbləğ, min $ |
Miqdar, ton |
- |
Cəmi |
1 397 747,32 |
2 246 118,56 |
1 |
İtaliya |
538 333.86 |
848 983.07 |
2 |
İsrail |
237 065.03 |
381 940.30 |
3 |
Almaniya |
91 719.70 |
145 940.95 |
4 |
Hindistan |
85 811.36 |
138 527.49 |
5 |
Vyetnam |
85 115.06 |
138 516.86 |
6 |
Çexiya |
80 730.64 |
131 799.05 |
7 |
İrlandiya |
55 392.91 |
88 400.01 |
8 |
Rumıniya |
52 773.61 |
86 118.18 |
9 |
Avstriya |
52 484.63 |
85 994.55 |
10 |
Yunanıstan |
51 922.56 |
84 724.61 |
11 |
Türkiyə |
50 616.51 |
84 763.36 |
12 |
İspaniya |
15 781.45 |
30 410.12 |