Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel olacağını proqnozlaşdır. Bu da əvvəlki proqnozla eynidir.
Bu barədə Fins.Az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən il bu göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 42 min barel azdır.