Azərbaycanın elektrik enerjisinin ixracı 2023-cü ilin yanvar ayı ərzində 512,6 milyon kVt/s olub.
Fins.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin ilk ayı ilə müqayisədə 265,4 milyon kVt/s və ya 2,1 dəfə artımdır.
Məlumata görə, qeyd edilən dövrdə elektrik enerjisinin idxalı 0,1 milyon kVt/s, yaxud 0,9% artaraq 10,8 milyon kVt/s-a çatıb.
Əlavə edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7% artaraq 2 milyard 755,9 milyon kVt/s olub.