Azərbaycandan ötən il 217,5 milyon ABŞ dolları məbləğində 68,2 min ton alüminium ixrac edilib.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə dəyər baxımından 29 milyon dollar, həcm baxımından isə 1,3% çoxdur.
Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0,57%-ni təşkil edib.