2022-ci il ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 72 milyon dollar (illik müqayisədə 33,3% artım), əsaslı xərclər isə 5 milyon dollardan çox (2,4% azalma) olub.
Bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir.
Qeyd olunur ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” yatağında hasil edilən qazı çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Hesabata əsasən, ötən il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 57,4 milyon kubmetr olub, bu da illik müqayisədə 18,4% artım deməkdir.
© APA