SƏNAYE

27 Yanvar

Axpo TAP-dakı payını satıb

Axpo TAP-dakı payını Fluxys və Enagás-a satdı. Bu barədə Trend cümə günü şirkətə istinadən xəbər verir.

“Axpo Trans-Adriatik Boru Kəmərindəki (TAP) 5 faizlik payını konsorsiumun digər səhmdarları olan Fluxys və Enagas S.A.-ya satır. Alqı-satqı müqaviləsinə əsasən, Axpo-nun səhmlərinin 1 faizini Belçikanın Fluxys, 4 faizini isə İspaniyanın Enagás şirkəti alacaq. Beləliklə, hər iki şirkət bp (20%), SOCAR (20%) və Snam-ın (20%) daxil olduğu TAP konsorsiumunda 20% paya sahib olacaq”, - deyə şirkətdən bildirilib.

Qeyd edildiyi kimi, əməliyyatın dəyəri 210 milyon avro təşkil edir. Müqavilənin icrasının 2023-cü ilin ikinci yarısında bitəcəyi gözlənilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

© Trend