SƏNAYE

23 Yanvar

\"Gəncə avtomobil zavodu\"nun istehsal etdiyi məhsulun dəyəri 1,8 dəfə artıb

"Gəncə avtomobil zavodu" İstehsalat Birliyində 2022-ci ildə əmtəəlik məhsul istehsalı 78 mln. manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 1,8 dəfə çoxdur.

Fins.Az xəbər verir ki, zavoddan APA-ya verilən məlumata görə, ötən il 588 ədəd müxtəlif modeldə traktorlar, 140 URAL markalı, 255 ədəd KAMAZ markalı yük avtomobilləri istehsal edilib. Hesabat dövründə zavodda 226 ədəd xüsusi təyinatlı qoşqu, 5 ədəd yarımqoşqu, 1 ədəd traktor qoşqusu yığılaraq təhvil verilib.

“Hazırda müəssisədə yığım xətlərində işlər davam etdirilir”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, "Gəncə avtomobil zavodu" 2004-cü ilin dekabrında öz fəaliyyətinə başlayıb.