Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 329,1 mln. manatlıq məhsul istehsal edilib.
Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2021-ci illə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalında 7,3%, kimya sənayesi məhsullarının istehsalında 4,9% artım, əczaçılıq məhsullarının istehsalında isə 5,2% azalma müşahidə olunub.
Məlumata görə, rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 62,4%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 41,4%, lak-boya məmulatlarının istehsalı isə 20,5% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2022-ci il |
2021-ci ilə müvafiq göstəricisinə nisbətən, % |
Azot, min kubmetr |
23 406,8 |
104,1 |
ondan əmtəəlik |
1 554,2 |
2,1 dəfə |
Yod, ton |
194,7 |
116,2 |
Oksigen, min kubmetr |
5 488,1 |
56,8 |
ondan əmtəəlik |
5 192,1 |
54 |
Propilen, min ton |
134,3 |
91,7 |
ondan əmtəəlik |
128,7 |
93,9 |
Polietilen, min ton |
134,7 |
81,8 |
Etilen, min ton |
139,8 |
83 |
Metanol (metil spirti), min ton |
534,5 |
141,4 |
Lak-boya məmulatları, ton |
33 759,1 |
120,5 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
61 344,3 |
146,3 |