SƏNAYE

11 Yanvar

Energetika Nazirliyi ötən il 155 icazə verib - FOTO

2022-ci ilin 4-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 51 icazə verilib.

Fins.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu icazələrdən 38-i ixrac nəzarətinə düşən malların idxalı, 2-i ixracı, 11-i isə tranziti ilə bağlı olub.

Ümumilikdə 2022-ci ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyi tərəfindən 155 icazə verilib ki, bunlardan 127-ni ixrac nəzarətinə düşən malların idxalı, 8-ni ixracı, 20-ni isə tranziti ilə bağlı icazələr təşkil edib.

Hesabat dövründə bütün icazələrin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.