SƏNAYE

02 Yanvar

Almaniyalı nazir: Enerji xərcləri yüksək olaraq qalacaq

“Enerji xərcləri yüksək olaraq qalacaq”.

Fins.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

“Mayeləşdirilmiş qaz logistik səbəblərə görə Rusiya boru kəməri qazından bahadır. Qiymət səviyyəsi Rusiyadan tədarüklə müqayisədə yüksək olaraq qalacaq, lakin dağıdıcı olmayacaq” - nazir bildirib.

K. Lindner həmçinin ölkədə şist qazının hasilatına qoyulan qadağanı aradan qaldırmağa çağırıb.

O qeyd edib ki, Almaniya öz neft və qaz ehtiyatlarından istifadə etməlidir.