2021-ci ildə Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC Maliyyə Nazirliyinin zəmanəti ilə yerli banklardan təxminən 55 milyon ABŞ dolları və yaxud 93,684 milyon manat kredit cəlb edib.
Borc illik 1%-lə cəlb olunub.
Borcun 40,88 milyon manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən, yenə də 40,88 milyon manatı "Kapital Bank" ASC-dən, 11,924 milyon manatı isə "Azər-Türk Bank" ASC-dən alınıb.
"Azərkontrakt" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,539 milyon manatdır. Səhmdar cəmiyyəti 2 ildir ki, ölkədə təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkə daxilində paylanması və istehlakçılara satışnın təşkil edilməsi ilə məşğuldur.
© Report