Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ölkənin nazirlər kabenitinin iclasından sonra məlumat verib ki, “Fatih” qazma gəmisi Çaycuma-1 yatağında 3023 metr dərinlikdə 58 milyard kubmetr həcmində təbii qaz ehtiyatları aşkar edib.
“Qara dənizdə təbii qaz ehtiyatlarımız 170 milyard kubmetr artaraq, ümumilikdə 710 milyard kybmetrə çatıb”, - prezident qeyd edib.
Ərdoğanın sözlərinə görə, Türkiyədə gündəlik neft hasilatı 80 min barel təşkil edir. “Biz bu rəqəmi gələn il 100 min barelədək artırmağa çalışırıq. Türkiyəni Xəzərin, Aralıq dənizi və Yaxın Şərqin enerji mərkəzinə çevirməkdə qərarlıyıq. Son hədəfimiz xarici neft və təbii qazdan imtina edərək Türkiyənin enerji müstəqilliyini elan etməkdir”, - Anadolu agentliyi Türkiyə prezidentinin sözlərindən sitat gətirir.