SƏNAYE

23 Dekabr

Rusiya tavan qiymətinə qoşulan ölkələrə neft tədarükünü qadağan etməyi planlaşdırır

Rusiya tavan qiymətinə qoşulan ölkələrə neft tədarükünü qadağan etməyi planlaşdırır.

"Fins.az"xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib. 

"Rusiya qiymət tavanına cavab olaraq, neft və neft məhsulları müqavilələrinin tavan qiymətə uyğun olmasını tələb edən ölkələrə neft və neft məhsullarının tədarükünü qadağan etməyi planlaşdırır",- o bildirib.

Novak qeyd edib ki, Rusiya neft hasilatını 5-7% azaltmağa hazırdır.