İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 5,3 mlrd. manat investisiya yatırılıb və 6 000-dən çox insan daimi işlə təmin olunub.
"Fins.az" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.
Qeyd olunur ki, Parka əlavə 300 mln. manatdan çox investisiyanın yatırılması və 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyrineft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir”, - paylaşımda vurğulanır.