SƏNAYE

16 Dekabr

Azərbaycanda elektrik enerjisinin istehsalı 4%-ə yaxın artıb

Ümumilikdə 2022-ci ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kVt·st, yəni 3,9 % artaraq 26 260,3 mln. kVt·st olub.

"Fins.az" xəbər verir ki, hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 623,3 mln. kVt·st artaraq 24 404,9 mln. kVt·st, SES-lərdə 339,4 mln. kVt·st artaraq 1 532,8 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 15,5 mln. kVt·st artaraq 322,6 mln. kVt·st olub.