SƏNAYE

14 Dekabr

Dünyada neft təklifi son 5 ayda ilk dəfə azalıb

Fars körfəzi ölkələrinin OPEC+ sazişi çərçivəsində hasilatı azaltmağa başlamasından sonra bu ilin noyabrında qlobal neft təklifi son 5 ayda ilk dəfə gündəlik 190 min barel azalıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr hesabatında deyilir.

Məlumata görə, hazırda neft təklifi gündəlik 101,7 milyon barrel təşkil edir.

Bununla yanaşı, Rusiya neftinin Avropa İttofaqına (Aİ) tədarükünə qoyulan embarqo qüvvəyə minməsi və G7 ölkələrinin qiymət “tavanı” tətbiq etməyə başlaması fonunda tədarükün dekabr ayında daha da azalacağı gözlənilir.