Sanksiyalar səbəbindən bu il Rusiyadan ağac məhsullarının ixracı həcmi 10% azalıb.
"Fins.az" "Roslesinforq"un yaydığı məlumata istinadən xəbər verir ki, Asiyada daşınmaz əmlak bazarındakı böhran da ixraca mənfi təsirini göstərib. Bir sıra Asiya ölkələri Rusiyanın ağac məhsullarını aktiv şəkildə alırlar.
Mətbuat xidməti qeyd edib ki, bu il Asiya bazarında da daşınmaz əmlak bazarında böhran yaşanır, buna Avropa Mərkəzi Bankı və ABŞ Federal Ehtiyat Sisteminin əsas faiz dərəcələrini artırması səbəb olub. Bu, kəsilmiş taxta və fanerə tələbatın azalmasına səbəb olub və Rusiyanın ixracına mənfi təsir edib.
"Tikinti sektoru bərpa olunduqca, o cümlədən infrastruktur layihələrinə investisiyalar və Çin sərt kilidləmə siyasətindən uzaqlaşdıqca ixrac artım göstərəcək",- məlumatda bildirilir.