SƏNAYE

14 Dekabr

OPEC 2022-ci il üçün Azərbaycan və Qazaxıstanda neft hasilatı üzrə proqnozu azaldıb

OPEC, təşkilata daxil olmayan ölkələrdən gündəlik maye karbohidrogen təklifinin qiymətləndirməsini 10 min barel – 65,57 milyon barelədək azaldıb, təklifin artımı 1,89 milyon barel təşkil edəcək. Bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Eyni zamanda, 2022-ci ildə Rusiyada gündəlik neft və kondensat hasitaının qiymətləndirilməsi 30 min barel – 10,96 milyon barelədək artırılıb. 2023-cü il üçün proqnoz 10,08 milyon barel səviyyəsində qalıb. Beləliklə, analitiklər 2022-ci ildə RF-də hasilatın 160 min barel artımını, 2023-cü ildə 850 min barel azalmasını gözləyirlər.

O cümlədən, bir sıra dpgər ölkələrdə hasilat proqnozu azalmağa doğru dəyişdirilib. Xüsusilə, Azərbaycanda – proqnozlaşdırılandan daha az neft istehsalına görə, Qazaxıstanda isə - ixrac terminalından nəqlin məhdudlaşdırılması və “Kaşaqan” yatağında qaz sızması səbəbindən problemlərlə əlaqədar olaraq.