SƏNAYE

13 Dekabr

Elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş müəyyənləşəcək

Elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş müəyyənləşəcək.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiyanı təsdiq edəcək.